Vin qanunu

Müxtəlif temperaturlar üçün dalğa uzunluğundan asılı olaraq mütləq qara cismin şüalanması. Hər bir temperatur əyrisi fərqli dalğa uzunluğunda maksimuma çatır və Vin qanunu həmin maksimumun yerdəyişməsini təsvir edir

Vin qanunu (yerdəyişmə qanunu)mütləq qara cismin şüalanma spektrində enerjinin temperaturdan asılı olaraq paylanması qanunu.

Vilhelm Vin bu qanunu ilk dəfə 1893-cü ildə termodinamika qanunlarını elektromaqnit şüalanmasına tətbiq etməklə çıxarmışdır. İntensivlik pikinin temperatura nəzərən yerdəyişməsi təcrübi olaraq müşahidə edilmişdir. Hal-hazırda, Vinin yerdəyişmə qanunu riyazi olaraq Plank qanunundan əldə etmək mümkündür.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy